Bakıda keçiriləcək “Formula-1” tamaşaçıları üçün günəş kremi

Baku Grand Prix promouter şirkətinin rəhbəri Arif Rəhimov gələn mövsüm üçün “Formula-1”in cari təqvimini bəyəndiyini bəyan edib. “Mən əvvəldən cənab Ekklstoundan bizə yayda slot verməyi xahiş etmişdim. Yarış şəhərin mərkəzində, əhalinin az olduğu vaxtda keçiriləcək. Ona görə də lojistik planda hər şeyin təşkil edilməsi daha asan olacaq.
Avtosfer.az xəbər verir ki, Bakıda iyulda temperatur adətən 30-32 dərəcəyə çatır, hava Macarıstanda Qran-pri zamanı olan havaya bənzəyir. Axşam 25 dərəcəyə yaxın olur. İsti olacaq. Yeri gəlmişkən, biz bilet alanlara tribunalara daxil olmamışdan öncə yalnız qulaqlıq deyil, eləcə də günəş kremi paylamaq kimi təklif vermək istəyirik. Çalışacağıq ki, tamaşaçılar yarışlara gəlsinlər.
Təqvimdəki zamana müvafiq olaraq, tamaşaçılarımızı qorumaq üçün bütün tribunaları örtüklə bağlamalı olacağıq. Biz yarışları yüksək səviyyədə keçirmək istəyirik. Qran-pridə iştirak edəcək hər kəsi – tamaşaçıları, mətbuatı, komandaları, FOM, avtomobil federasiyalarının razı qalması üçün sistem hazırlanır. Əsas məqsəd gələn ildə bu yarışlara gəlmək istəyinin yaranması üçün hamını sevindirməkdir”, - Rəhimov “Çempionat”a bildirib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












