Bakıda kimlər pulsuz avtobuslardan istifadə edə biləcək? – AÇIQLAMA

Bakının mərkəzi piyada zonalarında yeni nəqliyyat həlli tətbiq olunub.
Hərəkətin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektləri və istirahət məkanlarına gediş-gəlişi asanlaşdırmaq üçün ödənişsiz şatl elektrik mikroavtobusları istifadəyə verilib.
Belə bir yenilik isə sözügedən mikroavtobuslardan kimlərin istifadə edə biləcəyinə dair maraq doğurub.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, pulsuz avtobuslardan istifadə ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Belə bir anlayış mövcud deyil:
"Avtomobilini kənarda saxlayaraq piyadalaşdırılmış ərazilərə daxil olmaq istəyən şəxslər bu nəqliyyat vasitələrindən rahat şəkildə yararlana bilərlər. Eyni zamanda, dayanacağa çıxmaq və ya metro stansiyasına yaxınlaşmaq istəyən insanlar da bu şatl mikroavtobuslardan istifadə edə bilərlər".
Elməddin Muradlı hesab edir ki, bu, ölkənin nəqliyyat sektorunda uğurlu layihələrindən biridir:
"Layihə çox faydalı olacaq. İstifadəyə verilən nəqliyyat vasitələri həm funksionallıq, həm də tərtibat baxımından müsbət qiymətləndirilməlidir. Belə təcrübə bir çox ölkələrdə mövcuddur. Əgər şəhər mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılırsa və piyadalaşdırılmış zonalar yaradılırsa, həmin ərazilərdə insanların alternativ nəqliyyata əlçatanlığı da təmin olunmalıdır"./EDnews
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












