Bakıda ləğv edilmiş marşrutlar açılacaq?

Yaxın günlərdə istiqaməti dəyişdirilmiş və ya tamamilə xətdən çıxarılmış marşrutlar üzrə yeniliklərin tətbiqi nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Avropa Oyunları ərəfəsində və yarışlar keçirilən zaman avtomobil yollarında yarana biləcək sıxlığın qarşısının alınması və keyfiyyətli nəqliyyat xidmətinin göstərilməsi məqsədi ilə paytaxtda bəzi marşrut xətlərinin istiqaməti dəyişdirilmiş, bir neçəsi isə tamamilə bağlanmışdı.
Artıq oyunlar başa çatdığı üçün nazirlik nəqliyyat sisteminin optimallaşdırılması prinsipi ilə bu məsələyə yenidən baxır.
Avropa Oyunları ərəfəsində "Baku Bus MMC" tərəfindən paytaxta gətirilən yeni avtobusların şəhərdaxili sərnişindaşıma məqsədi ilə istismara verilməsi planlaşdırılır.
Hazırda yeni marşrutların müəyyənləşdirilməsi üçün paytaxtda eyni istiqamət üzrə hərəkət edən marşrut xətlərinin olub-olmaması məsələsi araşdırılır.
Xatırladaq ki, Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar iyun ayından Bakıda üçqapılı ititutumlu avtobusların bəziləri xidmətləri yığışdırılıb, 14 saylı marşrut 24 saylı, 90 saylı avtobus 83 saylı, 86 saylı marşrut 29 saylı marşrutla əvəz olunub. 20, 188, 53 saylı avtobuslar ümumiyyətlə ləğv edilib, 120 saylı avtobusda maşınlar təzələnib, 124 sayl avtobusun hərəkət xətti 20-ci sahəyə qədər uzadılıb. 193 saylı marşrutun şəhərin mərkəzində hərəkət etməsinə icazə verilmir, 70 saylı avtobusun istiqaməti dəyişdirilib, 95 saylı marşrut xəttinin hərəkət istiqaməti "Xətai" metrosuna qədər qısaldılıb.
Paytaxtın bu kəsişməsində tıxaca qarşı YENİLİK - VİDEO
Bakının 18 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda avtomobil yanacağı ilə bağlı MÜHÜM XƏBƏR
Dolunun maşına vurduğu zərəri sığorta qarşılayır? — AÇIQLAMA
Biləcəridə yol örtüyü çöküb: Dərin çuxurlar sürücüləri riskə atır - VİDEO
Hörmüz boğazına alternativ dəhlizlər təşkil olunmasa... – ELXAN ŞAHİNOĞLU
Bu yolda sürət həddi endirildi
Magistral yollarda müşahidə ediləcək vəziyyət AÇIQLANIB
Bakı və Abşeron yarmadasında buz yağır - VİDEO
Paytaxtın 15 küçəsində sıxlıq var - SİYAHI
Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? - AÇIQLAMA








