Bakıda müəmmalı intihar: Yüksək rütbəli polisin qardaşı özünü asdı

Bakıda Xəzər rayonu ərazisində intihar hadisəsi qeydə alınıb. Vesti.az-ın məlumatına görə, Türkan qəsəbəsində dəniz kənarındakı kölgəlikdən asılı vəziyyətdə kişi meyiti tapılıb. İntihar edən şəxs Sabunçu rayon sakini 1963-cü ildə anadan olmuş Orucov Camal Rəhim oğludur. Araşdırmalar zamanı məlum olub ki, mərhum Nərimanov rayon polis rəisinin keçmiş müavini Mətləb Orucovun qardaşıdır. Mətləb Orucov hazırda təqaüddədir. Bildirilir ki, Camal Orucov çimərliyə intihar etməmişdən iki saat əvvəl özünün "Toyoto Prado"su ilə gəlib. O, özünə çimərlik geyimi aldıqdan sonra iki saata yaxın sahildə gəzib. Qaranlığın düşməsini gözəyən və ərazidə heç kəsin qalmadığından əmin olan şəxs özünü asıb. Kölgəlik alçaq olduğundan o, ayaqlarının yerə dəyməməsi üçün onları qatlayıb. Özünüqəsdin səbəbləri hələ ki, bəlli deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik bunu intihar edən şəxsin psixoloji vəziyyətinin yaxşı olmaması ilə əlaqələndirilər. Xatırladaq ki, özünü asan Camal Orucovun maddi imkanı, ailədaxili münasibətləri, cəmiyyətdəki mövqeyi yüksək səviyyədə olub.
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI










