Bakıda narıncı xəbərdarlıq elan olundu - FAKTİKİ HAVA - YENİLƏNİB

Gündəm 1 İyun 2024 22:34 Oxunub 582
Bakıda narıncı xəbərdarlıq elan olundu - FAKTİKİ HAVA  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyunun 1-i saat 20:00-a olan məlumata əsasən öncədən xəbər verilən narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 27 m/s, Naftalanda 22 m/s-dir.

Avtosfer.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən Bakıda və Abşeron yarımadasında və bəzi rayonlarda narıncı, ayrı-ayrı yerlərdə isə sarı xəbərdarlıq verilib. Sarı xəbərdarlığa uyğun Goranboyda isə küləyin sürəti 19 m/s təşkil edir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 2-si günün ikinci yarısınadək davam edəcək.

***

20:07
İyunun 1-i saat 19:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Ağdam, Naftalan, Xınalıq, Quba, Qrız, Qusar, Goranboy, Zaqatala, Qəbələ, Şahdağ, Balakən, Mingəçevir, Sarıbaş (Qax), Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Goranboy rayonu Böyrü qəsəbəsinə saat 17:30-17:35 radələrində diametri 11-15 mm, Goranboy rayonu Meşəli kəndinə 10-13 mm, həmçinin rayonun Şəfəq və Zeyvə kəndlərinə də dolu yağıb.


***

18:58
Əvvəlcədən iyunun 1-də gözlənilən küləkli hava şəraiti haqqında Bakıda və Abşeron yarımadası üçün narıncı, digər bölgələr üçün isə orta riskli sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, iyunun 1-i saat 15:00-a olan məlumata əsasən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadası 24 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Gəncədə 16 m/s, Naftalanda 15 m/s təşkil edir.

15:55

İyunun 1-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Şahdağ, Gədəbəy, Göygöl, Daşkəsəndə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Bu barədə Avtosfer.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Gədəbəy rayonu Slavyanka kəndinə saat 14:48-14:50 radələrində, Şahdağda isə saat 14:50-15:00 radələrində dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 32, Aran rayonlarında 33, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.

11:57

İyunun 1-i saat 11:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, mayın 31-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin günün ikinci yarısından hava dəyişmiş, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Avtosfer.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Düşən yağıntının miqdarı Şahdağ, Tovuzda 5 mm, Daşkəsən, Şəkidə 4 mm, Gəncə, Xınalıq, Qrız, Göygöl, Sədərəkdə 3 mm, Gədəbəy, Qəbələ, Şəmkir, Oğuz, Zaqatala, Qax, Balakən, Quba, Qusar, Xaçmaz, Mingəçevir, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Şirvan, Ağcabədi, Cəfərxanda 2 mm-dək olub.

Mayın 31-də Göygöl rayonunda saat 23:00-23:03 radələrində diametri 6 mm olan, Daşkəsən rayonu Aşıqlı və Çaylı kəndlərinə isə xırda dənəli dolu düşüb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-35, Naxçıvan MR-da 32-37, Aran rayonlarında 31-36, dağlıq rayonlarda 18-23 dərəcə isti olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh