Bakıda narkotacirlər tutulub - FOTO

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bölmə əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Amil Orucov və 1995-ci il təvəllüdlü Əlihüseyn Hüseynov saxlanılıb.
A.Orucovdan şəxsi axtarış zamanı çəkisi 1 kq 9 qram heroin, Ə.Hüseynovdan isə 10 qram heroin və 183 qram metanfetamin aşkar edilərək götürülüb. Onlar ifadələrində narkotik vasitələri satmaq məqsədi ilə şəxsiyyəti istintaqa hələ ki, məlum olmayan bir nəfərdən aldıqlarını bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Namiq Musayev
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir












