Bakıda narkotik əməliyyatları: 3 nəfər saxlanıldı

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.İsayev Binəqədi rayonu ərazisində saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, əməliyyatı Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında keçirib.
Əməliyyat tədbiri nəticəsində ondan çəkisi 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının digər əməliyyatı ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Ələkbərova Sabunçu rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı əlavə 605 qram heroin, 40 qram metamfetamin və elektron tərəzi aşkar edilib götürülüb.
Binəqədi RPİ 43-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əsədzadə saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 274 qram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO












