Bakıda poliklinikanın həyəti zibilliyə çevrilib - FOTO - VİDEO

Bakıda tibb müəssisəsinin ərazisi zibilliyə çevrilib.
Bu barədə Avtosfer.az tibb müəssisəsinin yerləşdiyi Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan sakinlərdən biri məlumat verib.
Şikayətçi 23 saylı Birləşmiş Şəhər Poliklinikasının ərazisində tullantıların daşınmadığını bildirir. Şikayətçinin sözlərinə görə, poliklinikanın ərazisində uzun müddətdir zibillərin daşınmaması antisanitar vəziyyətin yaranmasına gətirib çıxarıb. O, poliklinikanın həyətində çəkdiyi iddia olunan video və fotoları da "Report"a təqdim edib.
23 saylı Birləşmiş Şəhər Poliklinikasının baş həkimi Hüseyn İsrafilzadə "Report"a açıqlamasında tullantıların vaxtında daşındığını və hazırda səhiyyə müəssisəsininn ərazisində belə bir halın olmadığını bildirib.
“23 saylı Birləşmiş Şəhər Poliklinikasında zibillər vaxtı-vaxtında daşınır. Həmin şikayətçi yanlış məlumat verib, axı onun bizim xəstəxanaya nə aidiyyatı var? Həmin adamla söhbət eləmişik. İndi hansısa ədəbsiz gəlib energetik içki içdikdən qabını əraziyə atırsa, biz onun dalınca düşəsi deyilik. Düzdür, zibil maşınlarının işləmədiyi vaxtlar olur, amma biz daim nəzarət edir, pandemiya dövründə poliklinikanın təmizliyinə ciddi əməl edirik. Hər həftə buranı dərmanlayırıq, xadimələr yuyub təmizləyir. Hətta mən deyərdim ki, ölkədə pandemiya ilə mübarizə aparan bir tək İsrafilzadə Hüseyn Oruc oğludur”, - deyə baş həkim qeyd edib.









Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı - Kartdan xəbərsiz pul silinir
Bakıya 7 aya yağan yağış iki gündə yağdı - ADSEA sədri - VİDEO
Bu şəxslər quru sərhədlərdən keçərək xaricə gedə bilərlər
İlham baba mənə “Kamaz” göndərdi - VİDEO
Çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO - VİDEO
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ - VİDEO
WUF13 ilə əlaqədar sərnişinlərə MÜRACİƏT
Bakının 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
AYNA-dan taksi sürücülərinə şad XƏBƏR - Bu qərar onlara aid deyil
Salyan–Şirvan yolundakı təhlükə aradan qaldırıldı - AAYDA-dan AÇIQLAMA - FOTO + VİDEO
Azərbaycanda bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək










