Bakıda polisdən qaçan "avtoş" belə həbs olundu - FOTO

Bakıda yol hərəkəti qaydaları kobud şəkildə pozaraq yol polisindən qaçan sürücü saxlanılıb. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
1995-ci il təvəllüdlü İsgəndərov Əyyub Saleh oğlu idarə etdiyi "VAZ 21015" markalı, 90 RS 528 dövlət nömrə nişanlı avtomobil ilə Ziya Bünyadov prospektində yol hərəkəti qaydalarını pozub. Daha sonra yüksək sürətlə Əhməd Rəcəbli küçəsi ilə hərəkət edərək Cəfər Xəndan küçəsində keçib. Yol polisinin saxla əmrindən qaçmaq istəyən sürücü Azadlıq prospektində süni tıxac vasitəsilə saxlanılıb. Aidiyyəti üzrə toplanmış materiallar məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 511.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 1 il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətində inzibati qaydada həbs olunub.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO













