Bakıda silahlı şəxs tutuldu

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir əməliyyat tədbiri həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İdarəyə Edqar adlı şəxsin Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşadığı evdə qanunsuz olaraq silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həmin şəxs, paytaxt sakini Edqar Abdullayev Nəsimi rayonu ərazisində tutulub. Onun Biləcəri qəsəbəsində qeydiyyatda olduğu evə baxış keçirilən zaman bir ədəd “WALTER” markalı tapança, bir ədəd daraq və yeddi ədəd patron aşkar olnaraq götürülüb.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Edqar Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO












