Bakıda şirkət 50 min dollar cərimələndi

“Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi 50 min ABŞ dolları məbləğində cərimə edilib.
“Report”un məlumatına görə, Nərimanov Rayon Məhkəməsi Mərkəzi Bankın tərtib etdiyi inzibati protokola əsasən qərar çıxarıb.
Mərkəz İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.
Qərardan “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İsmayılov Asif Möhsüm oğlu tərəfindən verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi tikinti-layihələndirmə fəaliyyəti ilə məşğul olur.
Mərkəzin Müşahidə Şurasının sədri Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov olub.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











