Bakıda sürət qatarlarında tariflər müəyyənləşdirilir

"Azərbaycan Dəmir Yolları" QSC Minskin "Stadler" zavodundan 5 sürət qatarı alıb və onlardan ikisi artıq Bakıya gətirilib. Qalan qatarların çatdırılması cari ilin sonunadək gözlənilir. Avtosfer.az xəbər verir ki, bu barədə jurnalistlərə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə əsasən, ikimərtəbəli qatarlar 919 sərnişin üçün nəzərdə tutulub. Onlar kondisioner sistemi ilə təchiz edilib, gələcəkdə isə vaqonlarda Wi-Fi-ya giriş nöqtələri quraşdırılacaq.
N.Əzməmmədov qeyd edib ki, ilkin mərhələdə I Avropa Oyunlarının keçirilməsi zamanı qatarlar Bakı Dəmiryol Vağzalından Bakı Metropoliteninin "Koroğlu" stansiyasınadək marşrut üzrə hərəkət edəcək: "Sonra onlar Bakı-Sumqayıt marşrutuna keçiriləcək".
Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, hazırda Bakı-Sumqayıt dəmiryolunun əsaslı təmiri üzrə işlər aparılır. 55 kilometr uzunluğunda dəmiryol sahəsinin təmiri artıq yekunlaşıb.
N.Əzməmmədov diqqətə çatdırıb ki, Avropa Oyunlarından sonra yeni qatarların Bakı-Sumqayıt marşrutu üzrə işə salınması üçün işlər sürətlə aparılır.
Yeni qatarlarda gediş haqqının qiymətinə gəlincə, o deyib ki, tariflər o qədər də yüksək olmayacaq və bu məsələdə əhalinin sosial vəziyyəti nəzərə alınacaq: "Qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdirilir. QSC təkliflərini təqdim etmək istəyir".
N.Əzməmmədov deyib ki, dairəvi dəmiryol xəttində 23 stansiya və dayanacaq olacaq: "QSC yaxın vaxtlarda daxili xətlərə (Yalama, İmişli və Hacıqabul) Riqadan əsaslı təmir edilmiş dəmiryol vaqonlarını buraxacaq. QSC Bakı-Tbilisi-Qars dəmiryolu üzrə Türkiyəyə sərnişindaşımanı həyata keçirmək üçün "Stadler" ilə 30 vaqonun alınmasında dair danışıqlar aparacaq. Vaqonlar Bakıya 2016-cı ildə gətiriləcək. Bundan başqa, İsveçrənin "Stadler Rail Group" şirkəti ilə daha bir layihə reallaşdırırıq. Söhbət Gəncədə vaqonların istehsalı üzrə zavodun tikintisindən gedir. Hazırda zavodun layihələndirilməsi işləri artıq başa çatıb".
Emin
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI










