Bakıda taksi sürücüsü sərnişini xilas etdi

Taksidə bir çox səfərlər bir-birinə bənzəyir - sərnişin üçün ilk növbədə sürücünün mənzil başına vaxtında çatması, yol hərəkəti qaydalarına ciddi riayət etməsi, ən əlverişli marşrutu seçməsi, nəzakətli rəftar və s. önəmlidir.
Eyni zamanda, taksi sürücüləri sifarişləri yüksək keyfiyyətlə yerinə yetirməli, müştərinin göstərdiyi ünvana dəqiqliklə təhlükəsiz səfər etməli və hər bir sərnişin üçün rahat şərait yaratmalı, həm də yollarda müxtəlif səbəblərdən yaranan fövqəladə hallardan məharətlə çıxmağı bacarmalıdırlar. Belə hallardan biri ötən gün Bakıdan olan taksi sürücüsü M.E.G.-nin başına gəlib.
Səfər zamanı sərnişinin halı pisləşib. O, ağır astma tutması keçirib və sürücünün özünü itirməməsi və ona ilk tibbi yardım göstərməsi sayəsində bu hadisə xoşbəxt sonluqla bitib.
M.E.G. sərnişini götürmək üçün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna gəlib: “Oradan göstərilən marşrutla metronun Qara Qarayev stansiyasına getdik. Sərnişinin astma xəstəsi idi və birdən tutma keçirdi. Boğulmağa başladı”.
Sürücü isə özünü itirməyərək avtomobili ən yaxın aptekdə saxlayıb və oradan sərnişin üçün inqalyator alıb:
“Mən baş verənlərə dərhal reaksiya verdim və tez ona kömək etdim. Qeyri-adi bir şey etdiyimi düşünmürəm. Mənim yerimdə başqası da olsaydı, inanın ki, o da belə edərdi. Oxşar hallar kifayət qədər tez-tez baş verir və sürücülər həmişə kömək etməyə hazırdırlar, çünki insan insana dostdur, düşmən deyil. Gəlin, imkan daxilində bir-birimizə kömək edək!”
M.E.G. onu da vurğulayıb ki, hər kəs gündə ən azı bir yaxşılıq edərsə və çətin anında kiməsə kömək edərsə, o zaman dünya mütləq yaxşılığa doğru dəyişəcək. Onunla razılaşmamaq mümkün deyil.
Sürücü təşəkkür əlaməti olaraq “Uber”dən gözəl hədiyyə aldığını da bildirdi.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










