Bakıda taksi sürücüsünə qarşı quldurluq olub

Bakıda taksi sürücünə xəsarət yetirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumatına görə, iyulun 22-də saat 1 radələrində Biləcəri qəsəbəsi ərazisində 3 qəsəbə sakini H.Məmmədovun idarə etdiyi “Chevrolet” markalı avtomobilə sərnişin qismində oturub Xırdalan şəhərinə gedəcəklərini bildirmələri, sonradan bıçaqla hədələyərək baş nahiyəsinə xəsarət yetirib avtomobildən düşürərək həmin nəqliyyat vasitəsi ilə getmələri barədə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri Ə.Əliyev, S.Quliyev, Bakı şəhər sakini F.Başaəli müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, 2 nəfərin isə şəxsiyyətləri müəyyən edilib.
Polis əməkdaşları tərəfindən avtomobil Masazır qəsəbəsi ərazisindəki dayanacaqdan tapılıb.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Namiq Musayev
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











