Bakıda velosiped dayanacaqları quraşdırılır – FOTO

Ekologiyamızın keşiyində durmaq məqsədi daşıyan “IDEA” İctimai Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası Bakı şəhərində velosipeddən istifadəni təşviq etmək məqsədi ilə “Port Baku” kompleksində yerləşən “The Club” idman mərkəzinin qarşısında “IDEA velosiped dayanacağı” (IDEA Bycile Stand) quraşdırıb.
Avtosfer.az oxu.az-a istinadən məlumat verir ki, dayanacağın quraşdırılması şəhərimizdə ekoloji təmiz nəqliyyat növü hesab edilən velosipedi təşviq etməklə yanaşı, yanacaq mühərrikli nəqliyyat vasitələrindən istifadəni azaltmağa xidmət edəcək.
Məlumdur ki, avtomobillərin atmosferə buraxdığı zərərli qazlar havanın çirklənməsinə səbəb olur ki, bu da öz növbəsində ekoloji və sağlamlıq problemlərinin yaranmasına gətirib çıxarır.
Təşkilat inanır ki, Bakı şəhərində xüsusi velosiped dayanacaqlarının quraşdırılması əhali tərəfindən bu nəqliyyat növünün seçilməsi üçün əlavə stimul olacaq.
“IDEA” İctimai Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası maraqlı tərəfləri ətraf mühitimizin mühafizəsi naminə “yaşıl nəqliyyat” kampaniyasında iştirak etməyə və məkanlarının qarşısında “IDEA Bycile Stand” quraşdırmağa dəvət edir.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA













