Bakıda xəstəlik yaymaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Epidemiya əleyhinə rejimi pozmaqda təqsirləndirilən Bakı şəhər sakinləri – Samid Qədirov, Əflatun Babalıyev və Tufan Qəmbərovun cinayət işi ibtidai istintaqı başa çatıb. Cinayət işi baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Hakim Teymur Qurbanovun icraatında olan iş üzrə hazırlıq iclası iyulun 15-də başlayacaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə təqsirləndirilirlər.
Cinayət Məcəlləsinə mart ayında əlavə olunmuş bu maddəyə görə, həmin əmələ yol verən şəxslər 2 500 manatdan 5 000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. (“Report”)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ











