Bakıda “xruşşovka”lar kütləvi satışa çıxarıldı - Səbəbi bu imiş...

İnsanlar arasında “xruşşovka” kimi tanınan və sovet dövründən qalmış keçmiş beşmərtəbəli binalardakı mənzillərin kütləvi satışı müşahidə olunur. Digər mənzillərə nisbətən hündürlüyü və sahəsi daha kiçik olan bu evlər adətən alıcılar tərəfindən çox da rəğbət görmür. Çoxları bazardakı tendensiyanı “xruşşovka”ların tezliklə söküləcəyi xəbəri ilə əlaqələndirir.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, Bakının yeni Baş Planında köhnə binaların əksəriyyətinin söküləcəyi xəbəri bazara ciddi təsir edib:
“İlk növbədə onu qeyd edim ki, mövcud ajiotaj yayılan informasiyalara görədir. Bildiyiniz kimi, Bakının yeni planı ilə bağlı layihə təsdiqlənib. Həmin layihəyə görə, bir çox köhnə binalar, o cümlədən, qəzalı binalar söküləcək. Bu informasiyaların fonunda müəyyən ajiotaj yaranıb və köhnə binalarda yaşayan vətəndaşlar bazara öz mənzillərini çıxarırlar. Bunun başqa bir səbəbi də odur ki, Azərbaycan müəyyən iqtisadi inkişaf dövrünü yaşayır və 30 ildən bəri işğal altında olan ərazilərimiz azad edilib. Bunun fonunda ölkənin investisiya cazibədarlığı olduqca artıb. Təbii ki, bu da daşınmaz əmlak bazarına da öz təsirini göstərir”.
Vüqar Oruc vətəndaşların artıq yeni mənzillərə meyl göstərdiyini qeyd edib:
“Eyni zamanda vətəndaşların əksəriyyəti artıq köhnə binaların yerinə daha çox yeni binalara üstünlük verir. Bu isə köhnə binalardakı mənzillərin kütləvi satışına səbəb olur və yeni binalardan mənzillərin alınması ilə nəticələnir. Düşünürəm ki, bu tendensiya artan templə davam edəcək. Bazarda yəqin ki, son dövrlərdə olduğu kimi, daha çox köhnə tikililərə rast gələcəyik. Söhbət ondan gedir ki, bu ajiotaj əslində o qədər də əsaslı deyil. Çünki əgər söküntü işləri başlasa da, bunun üçün müəyyən dövr tələb olunur. Birdən-birə bütün köhnə binaların söküntüsü mümkün deyil. Bu baxımdan hesab edirəm ki, yaxın dövrlərdə birmənalı şəkildə köhnə binaların sökülməsini və yerində yeni binaların tikilməsini müşahidə etməyəcəyik”.
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA












