Bakıda yeni çəkilən yolun kənarı meyvə-tərəvəz bazarından təmizləndi - FOTOLAR

Dərnəgüldən Pirşağı istiqamətində yeni çəkilmiş yolun Balaxanı hissəsində yol kənarında qanunsuz təşkil olunan meyvə-tərəvəz satış yeri polis əməkdaşları tərəfindən yığışdırılıb, ərazidə neqativ hallar aradan qaldırılıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə qeyd olunan ərazidə aparılan yoxlamalar zamanı yol kənarında icazəsiz ticarətlə məşğul olan şəxslər barəsində inzibati məsuliyyət tədbirləri görülüb.
Təhlükəsiz və maneəsiz nəqliyyat hərəkətinin təmin olunması məqsədilə həmin istiqamətdə polis nəzarəti gücləndirilib.

***
Bakıda yeni çəkilən yolun kənarı meyvə-tərəvəz bazarına çevrilib. Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Belə ki, Dərnəgüldən Pirşağı, Yanar dağa çəkilmiş yolun Balaxanı hissəsində yol kənarında meyvə-tərəvəz satışı ilə məşğul olurlar. Bu da alış-veriş üçün dayanan avtomobillər digər hərəkət iştirakçılarına maneə yaradır və həmin yolda sıxlığa səbəb olurlar.
Sözügedən ərazidən çəkilən fotoları sizlərə təqdim edirik:
Namiq Musayev



Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO













