Bakıdakı uşaq sığınacağına hücum oldu - AÇIQLAMA

Azərbaycanda uşaq sığınacağına hücum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, gecə saatlarında Birliyin nəzdindəki Uşaq Sığınacağı-Reabilitasiya Mərkəzinə hücum edilib.
Məsələ ilə bağlı redaksiyamıza açıqlama verən K.Ağazadə vəziyyəti belə izah edib:
“Sığınacağımıza bir ay əvvəl Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yerləşdirilmiş qızın bibisi və bibisinin qızı gecə saat 01:00-da hücum edib. Hər iki şəxs ünvanımıza təhqirlər yağdırdı, hədə-qorxu gəldi. Ətrafdakı binalarda yaşayan sakinlər şahiddirlər. 17 yaşlı qız bizə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən gətirilib.
Dünənki hadisə ilə bağlı DİN-nin 102 Xidməti - Zəng Mərkəzinə məlumat verdik. Qısa zamanda əraziyə gələn polis əməkdaşları onları sığınacağın ətrafından uzaqlaşdırdılar. Bu vəziyyət sığınacaqdakı uşaqlara da yaxşı təsir etmədi. Təbii ki, bu məqamlar binanın ətrafındakı təhlükəsizlik kameralarına düşüb. Həmin görüntülər də hüquq-mühafizə orqanlarına təqdim ediləcək”.
K.Ağazadə həmin şəxslərin sığınacağa yerləşdirildikdən bir aydan sonra qızı görmək istəmələrinin səbəbinə də aydınlıq gətirib:
“Onların uşağı görmək istəmələrinə səbəb darıxmaları və ya qızın vəziyyətinin necə olması deyil. Səbəb odur ki, uşaq bizə gətiriləndə çox baxımsız, pis vəziyyətdə idi. Ana dediyi bibisi tərəfindən döyüldüyünü deyirdi. İnanın mənə, elə yaxşı, sakit uşaqdır. O zaman ekspertizaya göndərilmişdi. Nəhayət, qızın tibbi ekspertizasının nəticəsi məlum olub.
Bu insanlar da məsələni bildikləri üçün uşağı dilə tutub, izahatını dəyişməyə məcbur etmək istəyirlər. Əlavə olaraq qeyd edək ki, hər iki şəxs Xaçmaz rayon sakinləridir. Xüsusi rejimli karantin vəziyyətində bu şəxslərin Bakıya necə gəldiyini də başa düşə bilmirəm”.
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










