"BakıKart" Sumqayıtda da istifadə olunacaq

Bakı və Sumqayıtın ictimai nəqliyyatında vahid ödəniş sistemindən - "BakıKart"dan istifadə olunacaq.
Bu barədə Avtosfer.az-a açıqlamasında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi deyib.
O bildirib ki, artıq Türkiyədən yeni validator aparatları sifariş edilib:
"Bu gündən Sumqayıtda ictimai nəqliyyatda kart vasitəsilə ödəniş müvəqqəti olaraq dayandırılıb. Avtobuslarda quraşdırılmış validator aparatları və istifadə edilən ödəniş kartları insanlara problem yaşadırdı. Bu barədə çoxsaylı şikayətlər olunurdu. Bu problemin aradan qaldırılması üçün təzə validator aparatları sifariş verilib. Əvvəlki aparatlar Sankt-Peterburqdan gətirilmişdi və özünü doğrultmadı. Yeni aparatlar Türkiyədən gətiriləcək".
T. Saydumovun sözlərinə görə, Sumqayıtda bütün ictimai nəqliyyat kart sisteminə keçir". Bu vaxta qədər 19 marşrutda gediş haqqının ödənişi kartla həyata keçirilib. Bizim 206 avtobusumuz var. Onların hər birində yeni aparatlar quraşdırılacaq”.
O qeyd edib ki, artıq “BakıKart” sistemi ilə eyni olan kartlar da sifariş edilib: "Sərnişinlər həmin kartlardan həm Bakının, həm də Sumqayıtın ictimai nəqliyyatında istifadə edə biləcəklər. Bu böyük həcmli işdir. Yəqin ki, bu prosesin yekunlaşması bir aydan tez olmayacaq. Çünki 206 avtobusda aparat quraşdırılmalıdır, yeni kartlar hazırlanmalıdır. Kartın adının “BakıKart” olaraq qalacağı və ya dəyişəcəyi hələ dəqiq bilinmir. Amma kart həm Bakının, həm də Sumqayıtın ictimai nəqliyyatında eyni rola malik olacaq”.
T.Saydumov bildirib ki, yeni kartların alınması üçün əlavə ödəniş olmayacaq:
“Köhnə kartlar yeniləri ilə başabaş dəyişdiriləcək. Kimin kartında vəsait qalıbsa, o təzə karta köçürüləcək. Burda nə pul itkisi olacaq, nə də yeni karta görə əlavə ödəniş”.
Xatırladaq ki, noyabrın 22-dən Sumqayıtda ictimai nəqliyyatda kart vasitəsilə ödəniş validatorlarda olan texniki nasazlıq səbəbindən müvəqqəti dayandırılıb. Sumqayıtda marşrut avtobuslarının fəaliyyətində kart sistemindən istifadə edilməsinə bu il sentyabrın 28-dən başlanılmışdı. Lakin sərnişinlərin kartlara yüklədikləri pulun hesaba gec oturmasından, bəzən isə ümumiyyətlə oturmamasından şikayət etdikləri müşahidə edilirdi.
Sürüşməyə görə sürücülərə bu yoldan istifadə etmələri tövsiyə olunur
Bakıda dərslər dayandırılıb? - AÇIQLAMA
Sürücülərə və şagirdlərə MÜRACİƏT – Piyada keçidlərində diqqətli olun!
Bakının bu yollarında tıxac var - SİYAHI - FOTO
Sərnişinlər üçün ictimai nəqliyyatda görünməyən təhlükə - Cibgirlərdən necə qorunmalı?
Evlər, maşınlar MƏHV OLDU - Zərəri kim QARŞILAYACAQ?
Belə yollara asfalt çəkilməsi sonradan problemə çevrilira - EKSPERT - FOTO
Azərbaycanda son günlər süni yağış texnologiyası sınaqdan keçirilib? – RƏSMİ AÇIQLAMA
Məmurlar hadisə yerinə getdi – Təhlükənin qarşısını almaq üçün tapşırıqlar verildi - VİDEO
BBAK-da intensiv yağıntıların fəsadları aradan qaldırılır - VİDEO
Azərbaycanda bu halda İŞ DAYANDIRILMALIDIR










