Bakıdakı polis postları ləğv edilir - Sabahdan

Ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları iyul ayının 2-dən ləğv ediləcək. Buna səbəb şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsidir. Daxili İşlər Naziriliyindən Avtosfer.az-a verilən məlumata görə, bundan sonra şəhərdəki bütün qapalı məkanlarda vətəndaşlarımızın karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndiriləcək.
Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək.
Həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlarımızdan xüsusi karantin rejimindən irəli gələn tələblərə mütləq riayət etmələri tələb olunur.
Namiq Musayev
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Yola çıxan heyvanlar sürücülərə təhlükə yaratdı - VİDEO
Prezident həmkarları ilə qolf oynadı - FOTOLAR
Azərbaycanda yük maşını və avtobus yığımı bazara necə təsir edəcək? - İQTİSADÇI
Dronlardan istifadə ilə bağlı yeni qaydalar nələrdir? – Deputat AÇIQLADI
“ChatGPT” kütləvi qırğın silahı hazırlamağın yollarını öyrədir
Azərbaycanın strateji rolu artır: Orta Dəhlizlə Böyük Britaniyaya yeni marşrut
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Emin tıxac yaradan sürücüyə kömək etdi, sonra irad bildirdi - VİDEO
Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - VİDEO
Təcili yardım maşının arxasınca irəlilədi, kameraya düşdü - 75-CB-743 - VİDEO










