Bakının dayanacaq “canavar”ları - Pavilyonlara zərər vuranlar CƏZALANDIRILACAQ - RƏSMİ - VİDEO

Məlumdur ki, paytaxtın mərkəzi küçə və prospektlərində onlarla smart tipli dayanacaqlar quraşdırılıb. Xüsusilə, bu tip dayanacaqların pavilyonlarına quraşdırılmış konsdisionerlər sərnişinlərin yay və qış aylarında komfortlu şəkildə avtobus gözləmələrini təmin edir.
Digər tərəfdən dayanacaq sensorla açılıb bağlanan qapılarla təchiz olunub. Lakin bu tip dayanacaqlarda xoşagəlməz mənzərələrlə qarşılaşmaq mümkündür. Təəssüf ki, bəzi sərnişinlər dayanacaqdakı üstünlüklərdən yararlanmaq əvəzinə, onun avadanlıqlarına maddi ziyan vurmağı seçirlər. Belə ki, onlar dayanacaqdakı kondisionerlərin pərlərini yararsız hala salırlar və ya naqillərini qırırlar. Bununla yanaşı qapılarına təpiklə zərbə endirirlər, işıqlandırma və sensor sistemini sıradan çıxarırlar. Nəticədə qapılar taybatay açıq vəziyyətdə qalır. Bir sözlə, qapının bu hala salınması onu ənənəvi dayanacaqlardan fərqləndirmir.
Bununla yanaşı bir qisim sərnişinlər smart tipli dayanacaqların pavilyonlarına qida qalıqlarını, paketlərini, yaxud içki qutularınu tullayaraq antisanitar vəziyyət yaradırlar.
Vətəndaşların kütləvi narazılığına səbəb olan digər bir hal isə tüfeyli həyat tərzi sürən şəxslərin bu tipli dayanacaqlarda gecələmələridir. Adətən axşam saatlarında dayanacaqlardan sığınacaq kimi istifadə edən “bomj”lar vətəndaşların kütləvi narazılığına səbəb olur. Hətta onlar təbii ehtiyaclarını belə dayanacaqlarda ödəyirlər. Nəticədə dayanacağın pavilyonu qapalı olduğu üçün içəridən dözülməz qoxu gəlir və belə olduqda sərnişinlər ondan istifadə edə bilmirlər.
Qeyd etdiyimiz vəziyyətlə bağlı izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Kadrda, kimsəsiz kişinin oturaqlı vəziyyətdə dayanacaqda yatdığı əks olunub. Şikayətçinin sözlərinə görə, içəridən kəskin qoxu gəldiyi üçün sərnişinlər dayanacaqdan istifadə edə bilməyiblər.
Təəssüf ki, smart tipli dayanacaqlar müasir standartlar əsasında təşkil olunsa da, təhlükəsizlik baxımından burada lazımi tədbirlər görülməyib. Vəziyyətin aradan qaldırılması üçün ictimai nəqliyyat vasitələrində olduğu kimi dayancaqlarda da təhlükəsizlik kameralarının quraşdırılması vacibdir. Bu addım baş verəcək xoşagəlməz, hətta təhlükə doğuran halların qarşısını almaqda effektiv addım hesab oluna bilər.
Məsələylə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Avtosfer.az-ın sorğusunu cavab olaraq bildirib ki, dilənçilik, tüfeyli həyat tərzi sürən şəxslərin profilaktikası polis orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılır: “Dayanacaqlarda, park və xiyabanlarda, insanların sıx toplaşdığı digər ictimai yerlərdə dilənçilik, tüfeyli həyat tərzi sürən şəxslərə profilaktik iş aparılır.
Bununla yanaşı, aidiyyəti dövlət qurumları ilə birgə onların müvafiq sığınacaqlara yerləşdirilməsi təmin olunur.
Dayanacağa zərər vuran şəxslərin kimliyi müəyyən olunduğu təqdirdə onlarla qanunamüvafiq tədbirlər görülür”.
Nərmin
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident mühüm Fərman imzaladı
Bakının bu ərazisində piyadaların xaotik hərəkəti nəqliyyatı iflic edir - AÇIQLAMA
İranda başlanan münaqişə qlobal gübrə və kükürd ticarətinə necə təsir edib? – Ekspert AÇIQLADI
Ərəb ölkələrinin ABŞ-İsrail-İran münaqişəsinə qoşulması gündəmdədir – SİYASİ ŞƏRHÇİ
Bəzi obyektlər dövlət tərəfindən qorunan binalara müdaxilə edir - MEMAR
Obyektlərin icarə xərcləri onlayn ticarətə təkan verir – Ekspert RƏYİ
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı










