Bakının kondisionerli avtobuslarının marşrutu bilindi - CƏDVƏL

Bakıya yeni gətirilən kondisionerli sərnişin avtobuslarının hansı marşrutlar üzrə hərəkət edəcəyi bəlli olub. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, "BakuBus" MMC-yə məxsus "Iveco" sərnişin avtobusları 14 iqtiqamət üzrə işləyəcək.
Avtobusların gələn aydan xidmətə başlayacağı gözlənilir.
Kondisionerli avtobuslar aşağıdakı xətlər üzrə hərəkət edəcək:
1 nömrəli - "Koroğlu" m/st - "28 May" m/st
2 nömrəli - "20 Yanvar" m/st - "Azadlıq" m/st - Ziya Bünyadov
3 nömrəli - "Azadlıq" m/st - "Elmlər" m/st
4 nömrəli - "N.Nərimanov" m/st - "Xətai" m/st
5 nömrəli - "N.Nərimanov" m/st - 20-ci Sahə
6 nömrəli - "Azadlıq" m/st - 20-ci Sahə
7 nömrəli - "Azadlıq" m/st - Ziya Bünyadov - 20-ci Sahə
8 nömrəli - "Azadlıq" m/st - "28 May" m/st
9 nömrəli - "N.Nərimanov" m/st - "Caspian Mall"
10 nömrəli - "N.Nərimanov" m/st - Azneft dairəsi
11 nömrəli - "N.Nərimanov" - "Elmlər Akademiyası" m/st
12 nömrəli - "20 Yanvar" m/st - 20-ci Sahə
13 nömrəli - "20 Yanvar" m/st - "Koroğlu" m/st
14 nömrəli - "20 Yanvar" m/st - "Xətai" m/st xətti üzrə hərəkət edəcək.
Daha bir xətt isə Heydər Əliyev Beynəlxalq Hava limanı ərazisinə olacaq.
Avtobuslarda vahid kart (BakıKart) tətbiq olunacaq.
Xatırladaq ki, avtobuslar paytaxta iyun ayında keçirilən birinci Avropa Oyunları ərəfəsində gətirilib. O zaman bu nəqliyyat vasitələrindən tamaşaçıların daşınması üçün istifadə edilib.
Yeni avtobuslarda da gedişhaqqı isə 20 qəpik təşkil edəcək.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












