Bakı–Tbilisi qatarına bir ayda neçə BİLET SATILIB?

Mayın 21-dən indiyədək Bakı–Tbilisi–Bakı marşrutu üzrə 20 min bilet satılıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev "Bizim.Media"nın sorğusuna cavab olaraq bildirib.
O, qeyd edib ki, 5 minə yaxın bilet kassalarda satılıb.
"Bilet satışı başlanan gündən bu marşruta böyük tələbat müşahidə olunur. Sərnişin tələbatını qarşılamaq məqsədilə 11 iyundan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara əlavə vaqon qoşulub və satışa yeni biletlər təqdim edilib. Əlavə satışa çıxarılan biletlər də qısa müddət ərzində satılıb.
Hazırda qarşıdakı 30 günlük dövr üçün Azərbaycandan Gürcüstana olan reyslər üzrə biletlərin böyük əksəriyyəti, Gürcüstandan Azərbaycana olan reyslər üzrə isə bütün biletlər satılıb".
Xatırladaq ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət mayın 25-də bərpa olub, biletlər isə mayın 21-dən satışa çıxarılıb.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












