“Baku Steel Company” şirkətinə yeni baş direktor təyin edildi - FOTO

Qafqazın ən böyük metallurgiya şirkəti olan "Baku Steel Company" şirkəti müəssisənin idarəetmə menecmentinin yenidən təşkili ilə bağlı qərar qəbul edib.
Milli.Az Demokrat.az-a istinadən xəbər verir ki, şirkətin təsisçiləri tərəfindən qəbul edilən qərara əsasən, şirkətin menecmenti müasir korporativ idarəetmə tələblərinə uyğun bir şəkildə yenidən qurulacaqdır. "Baku Steel Company" şirkətinin baş direktoru vəzifəsi idarəçilik sahəsində təcrübəyə malik İbrahimov Kamal Mirsahib oğluna həvalə edilib.
Azərbaycanın ilk metallurgiya şirkəti olan "Baku Steel Company" metal məhsulların ən iri istehsalçısıdır və ölkəmizin qеyri-nеft sеktorunda böyük vеrgi ödəyicilərindən biridir. Hazırda şirkətimizin müssisələrində 1500-dək işçi heyəti çalışır.
Müasir texnoloji avadanlıqlara və istehsal xətlərinə malik müəssisəmizin məhsulları daxili bazarda yüzlərlə müxtəlif şirkətlər və müştərilərimiz tərəfindən istehlak edilir, həmçinin bır sıra ölkələrə ixrac edilir.
Son günlərdə şirkətimiz barədə yer almış müxtəlif yoxlanılmamış məlumatlarla bağlı bildiririk ki, hazırda şirkətimizə daxil olan bütün müəssisələr öz fəaliyyətini normal axarında davam etdirir, zavodlarımızda yüksək standartlara cavab verən məhsullar istehsal edilir.
"Baku Steel Company" şirkəti öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində bundan sonra da şəffaf əsaslarda davam etdirməyə sadiqdir. Şirkətimizin rəhbərliyi müəssisəyə dəstək göstərmiş bütün dövlət orqanlarına təşəkkür edir, həmçinin öz istehlakçılarını və təchizatçılarını əmin edir ki, şirkətin fəaliyyətində ən yüksək standartların tətbiqi ilə bağlı bütün müvafiq dəyişikliklər aparılacaqdır.

İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA
Yağışlı havada maşın sürərkən bunlara diqqət edin - EKSPERT
Azərbaycan səfirliyinə qarşı təxribat; Rusiyadakı oyunları kim təşkil edib? - AÇIQLAMA
İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş başa çatdı - FOTOLAR - VİDEO - YENİLƏNİB
Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO










