Balakəndə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olanların tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Polis Şöbəsinə rayonun Talalar kənd sakini Tural Şahverdiyevin yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 645 kiloqramdan artıq 20 ədəd çətənə bitkisi, həmçinin qurutmaq üçün yerə sərilmiş 14 kiloqram 150 qram qurudulmamış marixuana aşkar edilərək götürülüb. T.Şahverdiyev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Balakən RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












