Bankda əmanət saxlayan şəxs vəfat etsə, pulun aqibəti necə olur? - HÜQUQİ İZAH

Şəxs vəfat etdikdə onun bankdakı əmanətinin taleyi qanunvericiliklə müəyyən olunur.
Maraqlıdır, banka əmanət qoyan şəxs vəfat etdikdə, onun əmanətinin hüquqi taleyi necə müəyyən edilir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, vərəsələr ya vəsiyyətnamə, ya da qanun üzrə vərəsəlik hüququ qazanırlar. Bu halda vərəsələr mərhumun qeydiyyatda olduğu ünvana yaxın notariusa müraciət edərək vərəsəlik işini açdırmalıdırlar:

Əkrəm Həsənov
“Əgər vərəsələrin əmanət barədə məlumatı varsa, onlar bununla bağlı notariusa məlumat verirlər. Notarius vərəsəlik şəhadətnaməsi təqdim etdikdən sonra vərəsələr həmin sənədlə banka yaxınlaşaraq öz paylarını götürə bilirlər. Məsələn, 1000 manat əmanət varsa və iki vərəsə müəyyən edilibsə, hər birinə 500 manat düşür”.
Ekspert əlavə edib ki, bir çox hallarda vərəsələr mərhumun hansı bankda əmanətinin olduğunu bilmirlər. Bu zaman notarius onların xahişi ilə banklara sorğu göndərir:
“Banklardan cavab alındıqdan sonra əmanətin hansı bankda olduğu müəyyənləşir və notarius bu məlumat əsasında vərəsəlik şəhadətnaməsi verir. Daha sonra vərəsələr həmin şəhadətnamə ilə banka müraciət edib əmanəti əldə edirlər”, – deyə Əkrəm Həsənov qeyd edib.
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ











