Barnaulda xüsusi təyinatlılardan qanunsuz “maska şousu” - ANBAAN VİDEO

Barnaulda xüsusi təyinatlılar yerli kafedə ziyarətçinin burnunu və iki qabırğasını sındıraraq “maska şousu” təşkil ediblər. Və belə bir “tamaşa”dan sonra qurumun 72 yaşlı direktoru təcili yardım çağırmalı olub.
“Azəri” kafesinə gələn ziyarətçilərin axşamı qəfildən eşidilən “Yerdə!”, “Uzan!” qışqırıqları ilə pozulub. Müəssisəyə daxil olan 10 xüsusi təyinatlı yüngül zərbələrlə bütün ziyarətçiləri (hətta küçədə dayananları) üzüaşağı yerə endiriblər. Belə sərt hərəkətlərə səbəb isə “Azəri”də nahar edənlərdən bir kişinin kreditorun ona borcu olması, lakin görüşə pulsuz və silahla gəlməsi barədə bəyanatı olub.
Xüsusi təyinatlıların əlinin altına keçənlərdən biri də kafenin yaşlı sahibi olub. Qızının dediyinə görə, polislər ağciyər xərçəngi və şəkərli diabet xəstəsi olan atasını təpikləyib və uzun müddət təcili yardım çağırmağa imkan verməyiblər. Həmin kişidən başqa daha bir qonaq da polislərin davranışlarından əziyyət çəkib: onun burnu və iki qabırğası sınıb. Xüsusi təyinatlılarla belə “görüş”dən sonra həmin şəxs İstintaq Komitəsinə ərizə ilə müraciət edib. Hazırda müstəntiqlər səlahiyyətlərindən sui-istifadəyə görə həmkarlarına qarşı iş qaldırılmasının mümkün olub-olmadığını araşdırırlar.
Mənbə: Telegram-канал BAZA
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












