Baş epidemioloq: “Yayın istisində qoruyucu geyimlərdə əziyyət çəkən həkimlərə yazığınız gəlsin”

“Azərbaycanda koronavirus xəstəliyi hələlik tüğyan etmir və ölkədə epidemioloji vəziyyət nəzarət altındadır”. Bunu Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev Yeni TV-yə müsahibəsində deyib.
O bildirib ki, qaydalara ciddi əməl edilsə xəstələnənlərin sayı azalacaq: “Ölkədə qoruyucu tibbi maskalar kifayət qədərdir. Gigiyenik normativlər də dədə-babadan var, onlara əməl etmək lazımdır. Ona görə də hər şey bizdən asılıdır”.
İ.Ağayev qeyd edib ki, əhalinin 90%-i maskadan istifadə etmir, sosial məsafəni gözləmir, eləcə də şayiələrə inanırlar: “Son vaxtlar ölkənin ən iri xəstəxanaları boşaldılaraq hazır vəziyyətə gətirilib. Bu da təbii ki, əhalinin sağlamlığı üçündür. Hər kəs əxlaqi normalara riayət etməlidir. Mütəxəssislərin dediklərinə qulaq asmaq lazımdır, çünki başqa yolu yoxdur. Heç olmasa yay fəslində 10-12 saat qoruyucu geyimlərdə əziyyət çəkən həkimlərə yazığınız gəlsin”. (“Report”)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












