Baş infeksionist: "Arbidol COVİD-19 virusuna çox zəif təsir göstərir"

İnsanların COVİD-19-un əlamətlərini müşahidə edən kimi test analizi vermədən, həkim nəzarəti olmadan özlərini müalicə etməsi yolverilməzdir.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, müalicənin aparılması üçün həkim xəstəyə baxış keçirməlidir. Bundan sonra xəstəyə müalicəni həkim təyin etməlidir: "İnsanların hansı dərmanların istifadə etməsini həkim müəyyən etməlidir. Ola bilər ki, kimsə xəstəliyin bir əlamətini özündə müşahidə edən kimi özbaşına dərman qəbul edərək "mən artıq yaxşıyam, həkimə getmirəm" deyə bilər. Amma bu hal, ümumiyyətlə, xəstənin özünün evdə özbşına müalicəsi yolverilməzdir".
C.İsayev bir çox insanların özlərini COVİD-19-la mübarizəyə hazırlamaq üçün arbidol dərmanından istifadə etməsini də yolverilməz sayıb: "Arbidol COVİD-19 virusuna çox zəif təsir göstərir. İnsanlar bütün hallarda orqanizmlərini virusa hazırlamaq istəyirlərsə, bunu dərmanla deyil, düzgün qidalanma ilə etməlidirlər. Özünü virusdan qorumağa hazırlayan insan yaxşı, vitaminli qidalar qəbul etməli, yaxşı yatmalı, stressdən uzaq olmalı, zərərli vərdişlərini tərgitməlidir. Bütün bunlar immunitetin güclənməsinə səbəb olan faktorlardır. Sağlam qidalanma, sağlam yuxu, zərərli vərdişlərin tərgidilməsi orqanizmin təbii şəkildə güclənməsinə səbəb olur". (Trend)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












