Baş infeksionist koronavirusun ikinci dalğasının hansı şəraitdə yarana biləcəyi barədə danışdı

Ölkədə koronavirus pandemiyasının ikinci dalğasının baş verməməsi üçün bizə tövsiyə olunan və qoyulan qaydalara riayət etməliyik.
Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, xəstəliyin yenidən kəskinləşəcəyi ilə bağlı problem bütün dünyanı narahat edir: “Koronavirusun ikinci dalğası barədə söhbətlər tək Azərbaycanda deyil, bütün dünyada gedir. Bəli, əgər yoluxma varsa, artma ehtimalı da var, ancaq hazırda bu barədə proqnozlar vermək tezdir. Hər şey özümüzdən asılıdır, qoyulan tələblərə riayət etsək, bu olmaya da bilər”.
C.İsayev xəstəliyin niyə məhz payız aylarında arta biləcəyi barədə suala da aydınlıq gətirib. Onun sözlərinə görə, koronavirus soyuq temperatura dözümlüdür: “Bu aylarda bədənin mühitə uyğunlaşması baş verir və orqanizmdə müəyyən geriləmələr ola bilər. Həmçinin payızda digər infeksiyaların baş qaldırması və orqanizmi zəiflədən faktorların artması bu xəstəliyin inkişafına şərait yarada bilər. Ona görə də payız fəsli virusun inkişafı üçün əlverişli dövrdür”. (Trend)
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










