Baş infeksionist: Satışda olan kosmetik vasitələr virus daşıyıcısı ola bilər

Göz karandaşı və dodaq boyası kimi kosmetik vasitələr yeni növ koronavirusun yayılmasına səbəb ola bilər. Bu barədə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsinin professoru Mehmed Ceyhan yerli mətbuata açıqlamasında deyib. Professorun fikrincə, bu risk xüsusilə qadın gözəllik salonlarında daha yüksəkdir.
Türkiyədə olduğu kimi Azərbaycanda da gözəllik salonları və qadın kosmetika mağazaları karantin rejiminin müəyyən mərhələlərində fəaliyyət göstərən sahələrdən olub. Azərbaycanın baş infeksionisti Cəlal İsayev açıqlamasında qeyd edib ki, ölkəmizdə də bu sahə koronavirusun yayılmasında əsəs mənbələrdən ola bilər:
“Gözəllik salonlarında hər müştəridən sonra mütləq şəkildə onun oturduğu yer dezinfeksiya olunmalıdır, mərkəzlərdə kosmetik vasitələr sterilizə edilməlidir. Ümumiyyətlə vaxtaşırı həmin obyektlərə nəzarət olunmalıdır ki, orada yalnız xidmət göstərilən müştərilər olsun, başqa kənar adamlar məkana daxil olmasın. Bu kimi nəzarətlər vacibdir. Gözəllik salonları yoluxma nöqteyi-nəzərdən riskli sahə hesab olunur”.
C.İsayev qadın kosmetika mağazalarında test üçün nəzərdə tutulan əşyalardan istifadə etməməyi tövsiyə edib. Belə ki həmin əşyalar virus daşıyıcısı ola bilər: “Bu cür əşyalar əldən-ələ keçirsə, demək virus daşıyıcısı ola bilər”. (Trend)
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










