Baş infeksionistdən həyəcan təbili: “Simptomsuz xəstələr daha təhlükəlidir” - VİDEO

“Heç bir klinik əlamət qeydə alınmayan, lakin test cavabı müsbət çıxanlar digərləri üçün çox təhlükəlidir. Onlar təcrid olunmalıdırlar. Həmin şəxslər həm ev, həm də xəstəxana şəraitində təcrid oluna bilərlər”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Respublikanın Baş infeksionisti Cəlal İsayev deyib.
“Real TV”nin canlı yayımında qonaq olan C.İsayev qeyd edib ki, hazırkı dövrdə onların evdə təcrid olunması məsləhət görülür:
“Çünki çarpayı fondunda yer azalıb. Həmin şəxslər yalnız həkim icazə verəndən sonra evdən çıxa bilərlər. Yeddi gündən sonra onlardan analiz götürülür. Sonra təkrar test aparılır. Cavablar mənfi olarsa, xəstəxanada olanlar yalnız 14 gündən sonra evə yazıla bilərlər. Ümumilikdə isə test cavabları iki dəfə mənfi olandan sonra onlar ətrafdakılar üçün təhlükə törətmirlər və normal həyatlarına qayıda bilərlər”, - deyə baş infeksionist bildirib”.
Cəlal İsayev vurğulayıb ki, ev şəraitində müalicə aparılması ilə bağlı protokol işlənib hazırlanıb. Belə ki, bu zamanı xəstənin orqanizminin immun sistemini gücləndirən müxtəlif preparatlar təklif olunur. Həmin xəstələr sahə həkimlərinin müşahidəsi altında olurlar. Əgər hər hansı bir xəstədə ağırlaşma və ya fəsad ortaya çıxarsa, o, mütləq xəstəxanaya aparılır. Ev şəraitində müalicə alanlar daim müşahidə altında saxlanılmalıdırlar. Burada xəstənin özü də maraqlı olmalı, səhhətindəki dəyişiklikləri müntəzəm olaraq həkiminə xəbər verməlidir. Ola bilsin ki, heç bir dəyişiklik baş verməsin. Çünki yoluxanların 70 faizində xəstəlik heç bir əlamət büruzə vermədən keçir. Həmin şəxslər ətrafdakılar üçün təhlükəli olurlar. Belə ki, onlarda heç bir simptom olmur, gündəlik fəaliyyətlərini davam etdirirlər və xəstəliyi daha çox yayırlar”.
Ətraflı videosüjetdə:
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO











