Baş Prokurorluq polis günü münasibətilə DİN-in şəxsi heyətini təbrik edib - VİDEO

Azərbaycan Respublikası Baş Prokurorluğu 2 iyul Azərbaycan polisi günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyətini təbrik edib. Avtosfer.az məlumat verir ki, təbrikdə deyilir: "2 iyul Azərbaycan polisi günü - Azərbaycan Polisinin yaradılmasının 102-ci ildönümüdür. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış 29 may 1998-ci il tarixli Fərmanla iyulun 2-nin Azərbaycan Polisi günü elan olunması, milli polisin çoxillik tarixi və peşə ənənələrinin davam etdirilməsinə təkan verməklə yanaşı, həm də polis əməkdaşlarının əməyinə verilən yüksək qiymətin məntiqi nəticəsi idi. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan mütərəqqi islahatlar nəticəsində, dövlətçiliyin möhkəmləndirilməsində, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətləri olan Daxili İşlər Nazirliyi orqanları bu gün nüfuzlu dövlət təsisatına çevrilib.
Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından peşə bayramı münasibətlə Daxili İşlər Nazirliyinin şəxsi heyətini səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli, fədakar və şərəfli işlərində uğurlar arzu edirik.
Əlamətdar gün münasibətilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən hazırlanmış videoçarx təqdim olunur".
Namiq Musayev
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












