Baş redaktor: “Həyat yoldaşım və uşaqlarım artıq evə buraxılıblar”

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev ötən gün ailəsinin və özünüzü koronavirusa yoluxması ilə bağlı məlumat paylaşıb. Jurnalist Mərkəzi Neftçilər Xəstəxanasında müalicə prosedurunun davam etdirildiyini bildirib. Əməkdaşlarımız baş redaktorun və onun ailəsinin səhhəti ilə maraqlanıb.
İlham Quliyev artıq dünəndən etibarən ailə üzvlərinin ev şəraitində müalicə aldıqlarını deyib: “İndi artıq özümü yaxşı hiss edirəm, müalicə prosesi də davam edir. Hələ ki xəstəxanadan çıxmağımla bağlı qərar yoxdur, yəqin ki, bir müddət burda qalacam. Amma həyat yoldaşım və uşaqlarım artıq evə buraxılıblar. Onların test nəticəsi mənfi çıxdığı üçün evdə müalicə ala biləcəklər. Amma 14 gün çölə çıxmamaqla bağlı tapşırıq da alıblar. Onsuz da uşaqların dərsi yoxdur, həm də karantin rejimidir, deyə gedəcək yer də yoxdur. Bu baxımdan evdə qalmaq o qədər çətin deyil”. (Modern.az)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir












