Başqasının haqqında yalan məlumatı yaymağın və tirajlamağın hüquqi cəzası nədir? – AÇIQLAMA

Sosial şəbəkələrdə tanınmış həkim Rəşid Mahmudovun qızının kürəkəni tərəfindən öldürülməsi ilə bağlı xəbərlər yayılıb. Rəşid Mahmudov isə açıqlamasında məlumatı yalanlayıb. O, bildirib ki, bunu tanıdığı şəxslərdən biri edib və mütəmadi olaraq bu işlərlə məşğuldur.
Başqasının haqqında yalan məlumatı yaymağın və tirajlamağın hüquqi cəzası nədir?
Avtosfer.az xəbər verir ki, hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya bildirib ki, məsuliyyətin dərəcəsi yalan məlumatların mahiyyətindən asılıdır:
“Cinayət Məcəlləsinin 147-ci maddəsi böhtanla bağlıdır. KİV-də şəxsin yalan məlumatlarla ləyaqət və şərəfinin alçaldılması 6 ay azadlıqdan məhrumedilmə ilə cəzalandırılır. Əgər kimsə başqasını ağır cinayətin törədilməsində böhtan atıb ittiham edirsə, cəza ağırlaşır və 3 ilə qədər azadlıqdan məhrum edilir”.
Ə.Mustafayev onu da qeyd edib ki, yüngül cinayətlərə görə isə kiməsə böhtan atmağın cəzası o qədər də ağır deyil:
“148.1-ci maddədə isə sosial şəbəkədə saxta, yalançı profilin yaradılması da böhtanatma məsuliyyəti yaradır və 6 aya qədər həbs cəzası verilir. Kiməsə böhtan atılıbsa, həmin şəxs məhkəməyə müraciət edə bilər. Məhkəmə bunu təsdiqləyərsə, KİV-də həmin materiallara təkzib məqaləsi verilməli, üzr istənməli və lazım gələrsə, mənəvi zərərə görə, konpensasiya ödənilməlidir”.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












