Bayram günlərində marşrut avtobuslarının işləyib-işləməyəcəyi ilə bağlı AÇIQLAMA

Bu həftə müsəlman dünyası Qurban bayramını qeyd edəcək. Bu münasibətlə Azərbaycanda 4 gün qeyri-iş günüdür. Avtosfer.az xəbər verir ki, Baş nazir Əli Əsədovun "2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.
1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.
Belə olan halda cümə və bazar ertəsi günü də ictimai nəqliyyat işləyəcəkmi?
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, sərt karantin rejimi ilə əlaqədar həftənin şənbə və bazar günü ictimai nəqliyyat fəaliyyətini dayandırır. Lakin bu həftənin cümə və növbəti həftənin bazar ertəsi bayramla əlaqədar ictimai nəqliyyatın işləyib-işləməyəcəyi ilə bağlı rəsmi qərar yoxdur.
Sözügedən tarixlərdə ictimai nəqliyyatın fəaliyyətini dayandırması yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı ola bilər.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












