Benzinin qiymətində dəyişiklik gözlənilirmi?

“SOCAR Petroleum” şirkəti əvvəlki qaydada işləyir və benzinin qiymətlərində heç bir dəyişiklik yoxdur. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında şirkətin mətbuat katibi Üzeyir Həbibbəyli deyib.
Onun sözlərinə görə, ölkədə qiymət məsələsini tənzimləyən Tarif (qiymət) Şurası hansı qərarı versə, şirkət də ona uyğun addım atacaq: “Dollar və avronun bahalaşmasından sonra benzinin qiymətlərinə baxılması üçün şirkətdə heç bir iclas və ya toplantı keçirilməyib. Köhnə qiymətlərlə satışı davam etdiririk”.
Benzinin qiymətinə yenidən baxılıb-baxılmayacağı ilə bağlı suala “Azpetrol”dan da eyni cavab verilib. Şirkətin mətbuat xidmətinin rəhbəri Camal Zeynaloğlu Trend-ə bildirib ki, benzin və digər məhsulların satışı əvvəlki qiymətlərlə aparılır: “Qiymətlərə yenidən baxılması məqsədilə hər hansı iclas keçirilməyib”.
Qeyd edək ki, dekabrın 21-dən Azərbaycanda dollar və avro təqribən 50 faiz bahalaşıb.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












