Beş yaşlı uşağa işgəncə verən ana və tanışı saxlanıldı - FOTO

Bakıda narkotikin təsiri altında 5 yaşlı uşağa işgəncə verən anası Səadət Xasməmmədova və onunla qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşayan Kamran Tağıyev saxlanılıb.
"Qafqazinfo" həmin şəxsin tutulduqdan sonrakı görüntülərini əldə edib.
Məlumata görə, S.Xasməmmədova və K.Tağıyev Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
1996-cı ildə Xaçmaz rayonunda anadan olan S. Xasməmmədova daha əvvəl Binə qəsəbəsində Mehriban Qonşular küçəsi fərdi evdə yaşayıb. Həmin zaman narkotik vasitə aludəçisi olmaqla yüngül həyat tərzi keçirib.
Bu ilin mart ayından iyun ayına kimi Kamran Tağıyevlə birgə Xətai rayonu Naximov küçəsində kirayədə yaşayıb.
İyulun 13-də Hövsan qəsəbəsi Qum adası adlanan ərazidə yerləşən yaşadıqları evdə narkotik vasitələrin təsiri altında səbəbsiz yerə S. Xasməmmədovanın doğma oğlu 2016-cı il təvəllüdlü Abdulov Cahid Elman oğlunun köməksiz vəziyyətindən istifadə edərək mütəmadi olaraq döyüb hər iki qulağını sındırıb, hər iki yanağını və dilini dişlərilə dişləyib xəsarət yetirib, çəkdikləri siqareti yanılı vəziyyətdə onun qollarına, bədəninin müxtəlif nahiyyələrinə basaraq güclü fiziki ağrı və psixi iztirablarla əzab veriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










