Beynəlxalq Kosmik Stansiyada hava sızması baş verib

Beynəlxalq Kosmik Stansiyanın (BKS) bütün heyəti hava sızması səbəbindən üç gün müddətinə Rusiyaya aid “Zvezda” moduluna keçəcək.
Bu barədə “TASS”-a “Roskosmos”un mətbuat xidmətindən bildirilib.
Məlumata görə, BKS-in Rusiya seqmentindəki nəzarət paneli stansiyada hava sızması qeydə alıb. Bildirilir ki, “Rusiya seqmentindəki cihaz stansiyanın atmosferində azot, oksigen və karbon qazının nisbətinin dəyişdiyini müəyyən edib”.
Mütəxəssislər hesab edirlər ki, kiçik hava sızıntısının mümkün səbəblərindən biri meteorit və ya kosmik tullantı parçasının stansiyanın korpusunu zədələməsi ola bilər.
ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) mətbuat xidmətinin yaydığı açıqlamada isə deyilir ki, Beynəlxalq Kosmik Stansiyada qeydə alınan hava sızması səviyyəsinin artması ekipaj üçün təhlükə yaratmır.
“Hava sızması hazırda seqmentin məqbul parametrləri daxilində qalır və ekipaj və ya kosmik stansiya üçün birbaşa təhlükə yaratmır. Hansı modulda adi sızma nisbətinin daha yüksək olduğunun müəyyən edilməsi üçün test aparılır”, - deyə açıqlamada qeyd olunur.
Qeyd olunur ki, hazırda BKS-in amerikalı və rusiyalı ekipaj üzvləri hava sızmasının yerinin müəyyən edilməsi və aradan qaldırılması işləri aparırlar. (APA )
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












