Bəzi mağazalarda qaydalara riayət edilməyib

İqtisadiyyat Nazirliyinin xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə növbəti monitorinqlər keçirib.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, monitorinq zamanı Binəqədi rayonunda “Oba market”də, “Unimart” mağazasında, "ANC GROUP" MMC-yə məxsus “Rahat market”də, Yasamal rayonunda Raqif İbrahimova məxsus “Tikinti materialları” mağazasında, "Alyans-Trio" MMC-yə məxsus “Şərab evi”ndə, Gülbəniz Bəşirovaya məxsus “Meyvə tərəvəz” pərakəndə ticarət obyektində, Xətai rayonunda “Ricco geyim” və “Gül dünyası” mağazalarında, Sərhad Bayramova məxsus “Ət mağazası”nda, Səbail rayonunda Eyvaz Fərəcova məxsus “Mağaza”da, Nizami rayonunda İmran Lətifova məxsus “Quru meyvə”, Vüqar Hüseynova məxsus “Ət mağazası” pərakəndə ticarət obyektlərində, Mansur Quliyevə və Ərəstun İsmayılova məxsus “Çayxana”larda, Gəncə şəhərində “Elnur Market”də, “Oba Market”də, “Playstation Club”da, Abşeron rayonunda “Panorama kafe”də, Elnur Abduləzimova məxsus “1001 xırdavat” ticarət və xidmət obyektində, İmişli rayonunda “Ekonom Market”də, “Sərfəli Unvermaq”da, “Optimal Elektronika mallarının satışı” mağazasında, “Bazarstore”da, “Bizim Market”də, “Bər Bər” kişi salonunda, Şamaxı rayonunda “İstanbul Ucuzluq” geyim mağazasında, “Aptek Dokta”da, Xaqani Fatalıyevə məxsus “Kafe”də, Cəlilabad rayonunda “Dokta Aptek”də, “Elektronik malları mağazası”nda, Səid Muradova məxsus “Ərzaq mağazası”nda, Quba rayonunda "Ayxan Market”də, "Kral İnşaat Malları" mağazasında, "Soyuq Bulaq" İstirahət Mərkəzində, Tərtər rayonunda Yalçın Həşimova və Bəxtiyar Əliyevə məxsus “Market”lərdə, "Diaqnoz" MMC-yə məxsus “Diaqnoz” klinikasında, ümumilikdə monitorinq aparılan 361 obyektdən 140-da zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Nazirliyin əməkdaşları monitorinqlərdə sahibkarlarla maarifləndirici söhbətlər aparıb, xüsusi karantin, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.
Qeyd edək ki, mayın 22-dən iyunun 19-dək monitorinq keçirilmiş 7 174 sahibkarlıq subyektindən 3 135-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












