Bəzi şəhər və rayonlarda ictimai nəqliyyatın hərəkəti dayandırılır

Bu gündən etibarən karantin rejiminin sərtləşdirildiyi ərazilərdə ictimai nəqliyyatın fəaliyyətinə ikigünlük məhdudiyyət tətbiq olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazilərində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunur.
Bununla əlaqədar 25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək həmin ərazilərdə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, həftəsonu ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağa taksi fəaliyyətinə aid deyil.
Xatırladaq ki, qeyd olunan şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi 2020-ci il 5 avqust saat 06:00-dək davam edəcək. Növbəti həftəsonu - 1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












