Bilmədən atasını öldürən Şövqü haqqında maraqlı detallar məlum oldu - VİDEO

Tanınmış gitaraçı Nofəl Süleymanlını ehtiyatsızlıqdan öldürməklə gündəmə gələn oğlu Şövqü Süleymanlı barədə bəzi məlumatlar bəlli olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ş.Süleymanlı peşəkar şəkildə güləşlə məşğul olub. O, Azərbaycan çempionatında yarışlarda müxtəlif yerlər tutub.
İdmançı 2018-ci ildə 10-cu sinifdə oxuyarkən Gürcüstanda keçirilən idmanın güləş növü üzrə 55 kq çəkidə olan idmançılar arasında Beynəlxalq turnirdə I yerə layiq görülüb.
İlkin məlumatda qeyd olunduğu kimi, Ş.Süleymanlının 15 yox, 17 yaşı var. Nofəl Süleymanlının dörd övladı var, onlardan üçü oğlandır.
Məlumata görə, Nofəl qeydiyyatda olduqları Ağcabədi rayonuna yola düşməzdən əvvəl oğluna silahı təmizləməsini, rayonda ova gedəcəklərini deyib.
Nizami rayon Prokurorluğunun yaydığı məlumata görə, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan “Escot” markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












