Bir milyon vergi borcu olan sirli şirkət kimə məxsusdur?

2022-ci ildə təsis edilən "Kongtes Corp" şirkətinin xüsusilə külli miqdarda vergi borcu var.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, şirkətin vergi borcu hazırda 999 271,1 manat təşkil edir.
"Kongtes Corp" şirkətinin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Hekalov Ruslan Muxtar oğludur.
"Kongtes Corp" şirkəti haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Şirkətin qanuni təmsilçisi Ruslan Hekalov da "sirli” fiqurdur. Yəni, onun da barəsində hər hansı məlumat yoxdur.
Şirkət vergi sistemində riskli vergi ödəyicisi kimi qeydiyyatdadır.
Adətən bu şirkətlər müxtəlif maliyyə əməliyyatlarından istifadə etmək üçün yaradılır. Bu tip şirkətlərin qanuni təmsilçilərinin işi isə yalnız sənədləri imzalamaqdan ibarət olur.
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO












