"Birmarket" vətəndaşın şikayətini niyə təmin etməyib? – RƏSMİ AÇIQLAMA

Onlayn sifariş etdiyi mobil telefonu geri qaytara bilmədiyini iddia edən vətəndaş bununla bağlı narazılığını bölüşüb.
Avtosfer.az xəbər verir ki, müştərinin sözlərinə görə, iyulun 2-də "Birmarket"dən onlayn qaydada 292 manat dəyərində sadə model mobil telefon alıb. Məhsul ona çatdırıldıqdan sonra qutunu açaraq SİM kart yerləşdirib və cihazı yoxlayıb. Telefonun gözlədiyi kimi olmadığını görən müştəri onu geri qaytarmaq qərarına gəlib.
Şikayətçinin sözlərinə görə, bunun üçün "Birmarket"in mobil tətbiqi vasitəsilə məhsulun geri qaytarılması ilə bağlı müraciət edib. Lakin müraciətinə mənfi cavab verilib. Daha sonra şirkətin qaynar xətti ilə əlaqə saxlayan müştəriyə də eyni cavab təqdim olunub.
Vətəndaş bildirir ki, telefonu istifadə etməyib, heç bir hesaba giriş etməyib və yalnız işlək olub-olmadığını yoxlayıb. O, qablaşdırmanın açılmasının geri qaytarılmaya mane olub-olmadığını və bunun qanunvericilikdə necə tənzimləndiyini öyrənmək istəyir.
Məsələ ilə bağlı "Birmarket" müştərinin sorğrsuna cavab olaraq bildirib ki, təəssüf ki, məhsulun əmtəə nişanı (qablaşdırması) pozulduğu üçün geri qaytarılması yalnız istehsal qüsuru olduğu halda mümkündür.
Beləliklə, şirkət məhsulun qablaşdırmasının açılmasını geri qaytarılmaya maneə hesab etdiyini və yalnız istehsal qüsuru aşkar edildiyi halda məhsulun qəbul edilə biləcəyini qeyd edib.
Eltac Zülfüqaroğlu
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












