“BMW” ilə gələn üç nəfər avtoyumada işçini döydü – Polis onları axtarır

Rusiyanın Vladivostok şəhərində avtoyuma məntəqəsində bir qrup şəxs tərəfindən işçinin döyülməsi ilə bağlı polisə məlumat daxil olub. Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Primorsk bölgəsi üzrə regional qrupundan məlumat verilib.
Məlumata görə, “BMW” markalı avtomobillə avtoyuma məntəqəsinə gələn üç naməlum şəxs orada işləyən əməkdaşı döyüblər və sonra da hadisə yerindən uzaqlaşıblar.
Xəsarətlər alan işçi tibb məntəqəsinə müraciət edib.
Şahidlər isə, bununla bağlı polis bölməsinə xəbər veriblər və dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Əməkdaşlar zərərçəkənlə söhbətlər apararaq ondan cinayətkarların əlamətləri barədə məlumat alıblar.
Hazırda 3 şübhəlinin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Namiq Musayev
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












