BNA: Bakıda 150 avtobus gecikmə ilə hərəkət edir

Hazırda paytaxt yollarında müşahidə olunan nəqliyyat sıxlığı və tıxac səbəbindən 43 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalında 15 dəqiqəyə yaxın gecikmələr var.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Qeyd olunub ki, Vahid Dispetçer Xidmətinin məlumatına əsasən hazırda 150-ə yaxın avtobus gecikməklə hərəkət edir. Ziya Bünyadov prospekti Poladəritmə zavodunun qarşısından başlayaraq Azadlıq prospekti ilə kəsişməyə qədər 20 Yanvar dairəsi istiqamətində 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 13-15 dəqiqəyə yaxın müşahidə olunur. Tbilisi prospekti – 20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda isə 12-14 dəqiqə gecikmə var. Moskva prospektində Avtovağzal istiqamətində (Şamaxinka) 2,7A,13,14,18,29,37,59,65,83,96,114A,114B,119 bə 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-16 dəqiqə gecikmə müşahidə olunur. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslar 14-16 dəqiqə gecikmə ilə hərəkət edir. (Avtobus zolağı olmasına baxmayaraq, zolaq öz tələbinə riayət olunmur). Azadlıq prospekti Baksol küçəsi ilə kəsişmədən Süleyman Sani Axundov küçəsi ilə kəsişməyə qədər 71, 79, 108B, 133, 165 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-14 dəqiqə gecikmə müşahidə olunur. Xocalı prospekti Yusif Səfərov küçəsi istiqamətində 4, 10, 21, 30, 32, 49 və 175 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallar 15-17 dəqiqə gecikir. Heydər Əliyev prospektində kənar yol Heydər Əliyev mərkəzi istiqamətində 1, 2, 13, 38 və M3 nömrəli müntəzəm və ekspress marşrut xətlərindəki avtobuslararası intervallar 11-12 dəqiqə gecikir.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











