BNA küçələrdə səkilərin hərəkət zolağına çıxmasına aydınlıq gətirdi

Bakı Nəqliyyat Agentliyi son vaxtlar küçələrin tikintisi zamanı səki çıxıntıları və ya səkilərin yolun hərəkət hissəsinə doğru genişləndirilməsi məsələsinə aydınlıq gətirib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev bildirib ki, müasir küçə dizaynının elementlərindən olan bu çıxıntılar piyada yönümlü şəhər infrastrukturunun qurulması baxımından zəruridir elementlərdəndir: "Şəhərimiz üçün yenilik olsa da, dünyanın əksər şəhərlərində bu təcrübədən uğurla istifadə olunur. Son 5 ildə şəhər nəqliyyatında tətbiq etdiyimiz bir çox yeniliklər kimi səki çıxıntılarının da əhalinin düzgün qəbul etməsi üçün geniş maarifləndirmə işlərinə ehtiyac var. Bunu nəzərə alaraq bir daha səki çıxıntılarının əsas üstünlüklərini diqqətinizə çatdırmaq istərdim. Piyadalar üçün piyada keçid məsafəsinin azaldılması və gözləmək üçün daha geniş səkinin təmin edilməsi, xaotik parklanma vəziyyətinin nizamlanması, yol kəsişmələrində nəqliyyat vasitələri üçün münasib dönmə radiuslarının təşkili, avtobus və taksi minik avtomobilləri üçün xüsusi yerlərin ayrılması".
M. Ağayev deyib ki, hazırda 8 küçədə səki çıxıntıları təşkil edilib: "Bu küçələrdə təhlükəsizlik səviyyəsinin daha da artırılması üçün işıqqaytarıcı vasitələrin quraşdırılacaq. Bu günün axşam saatlarında sürücülərin çıxıntıları daha aydın görə bilməsi üçün olduqca vacibdir". (Trend)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












