BNA piyadalar üçün 100 ədəd nizamlayıcı lampalar quraşdıracaq - FOTO

Bakı Nəqliyyat Agentliyi (BNA) Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramının icrası çərçivəsində piyada təhlükəsizliyinin artırılması istiqamətində tədbirləri davam etdirir. BNA-dan Avtosfer.az-a verilən məlumata görə,
agentlik tərəfindən küçə və prospektlərimizdə yerləşən nizamlanmayan piyada keçidlərində sarı döyünən işıq lampalarının quraşdırılması işlərinə start verilib.
Bildirilir ki, məqsəd günün xüsusən qaranlıq və toran saatlarında sürücülərin daha diqqətli olmasını və piyada keçidlərini öncədən görməsini təmin etməkdir.
Həmiçinin məlumatda, ilkin mərhələdə 100 ədəd nizamlanmayan piyada keçidinə bu cür lampaların quraşdırılması nəzərdə tutulduğu qeyd edilib.
Namiq Musayev




Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












