"Boeing" yeni 777X təyyarələrinə sifarişlərin 40%-ni itirə bilər

"Boeing" korporasiyasının ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasına (SEC) təqdim etdiyi hesabatlılığa görə, sifariş edilmiş, lakin sifarişçiyə çatdırılmayan 777X təyyarələrinin sayı 2020-ci ilin sonunda 38% azalıb – 309-dan 191-ə.
Bu barədə "Kommersant" yazır.
Eyni zamanda, yeni modelin tədarükü, aviasiya konserninin proqnozlarına görə, 2023-cü ildən tez başlayacaq. Hesabatdakı sifariş sayının azalması potensial zərərləri ilə əlaqələndirilir.
Korporasiyanın proqnozlarına görə, yeni təyyarə modelinin tədarükünə 2023-cü ildən tez başlanmayacaq. Hesabatlılıqda göstərilən sifarişlərin sayının azalması onların potensial olaraq itkisi deməkdir.
ABŞ qanunlarına görə, "Boeing" vaxtında və ya müqavilə tarixindən ən azı 12 ay sonra tədarük edilməmiş təyyarələri siyahıya almamalıdır. 777X-in debütü şirkətin ilkin planları ilə müqayisədə artıq üç il təxirə salınıb və bir çox şirkət sifariş olunan təyyarələri vaxtında almayacaq. Bu, müqavilədən imtina və istehsalçıdan təzminat tələb etməyə imkan verir. Beləliklə, təkcə bu ilin IV rübündə "Boeing" korporasiyası 777X-in tədarükünün pozulması səbəbindən 6,5 mlrd. dolları silib.
"Boeing" gecikmələri COVID-19 pandemiyası ilə əlaqələndirir. Eyni zamanda, təyyarə istehsalçısı bazarda vəziyyətin yaxşılaşmadığı və mövcud şərtlərin bir müddət də uzadılması təqdirdə tədarükdə gecikmələrin uzana biləcəyini qeyd edir.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












